Qaldığı hoteldə televizorun arxasna baxan şəxs həyatının şokunu yaşayıb – VİDEO

Qaldığı hotel otağında televizorun arxasına baxan bir şəxs həyatının şokunu yaşayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxs, televizora peşəkar şəkildə inteqrasiya edilmiş gizli kamera aşkar etdiyini və öz görüntüsünün canlı olaraq ana ekrana ötürüldüyünü iddia edib.
O, təsadüfən otaqdakı televizorun arxa hissəsini yoxlayarkən qurğuya yerləşdirilmiş gizli kameranı gördüyünü bildirib. Hadisəni mobil telefonu ilə lentə alan şəxs məxfiliyinin pozulduğunu vurğulayaraq görüntüləri sosial media hesabında paylaşıb.
Yaşadığı dəhşəti “Məni televizora qoşublar, görüntümü ana ekrandan verirlər” sözləri ilə ifadə edən gənc, məsələ ilə bağlı otel rəhbərliyinə şikayət edəcəyini açıqlayıb.
Qısa müddətdə yayılan görüntülər hotellərdə təhlükəsizlik və şəxsi həyatın toxunulmazlığı məsələsini yenidən gündəmə gətirib. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388037/qaldigi-hotelde-televizorun-arxasna-baxan-sexs-heyatinin-sokunu-yasayib-video



