92 yaşlı qadının bu hərəkəti izləyənləri şok etdi – VİDEO

Çində yerləşən qocalar evində hər kəsi təəccübləndirən hadisə baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 92 yaşlı qadın müəssisənin ətrafındakı 2,15 metr hündürlüyündə olan divarı qeyri-adi çevikliklə tullanaraq qarşı tərəfə keçib.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının bir neçə saniyə ərzində divarın üstünə qalxaraq digər tərəfə keçdiyi əks olunub. Onun hərəkətləri peşəkar idmançıları xatırladacaq dərəcədə çevik olub.
Hadisədən dərhal sonra müəssisə rəhbərliyi və yerli qurumlar tərəfindən qadının tapılması üçün axtarış tədbirlərinə başlanılıb. Qadının səhhəti və təhlükəsizliyi ilə bağlı araşdırmalar davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388038/92-yasli-qadinin-bu-hereketi-izleyenleri-sok-etdi-video
Mənbə: https://sonxeber.az/388038/92-yasli-qadinin-bu-hereketi-izleyenleri-sok-etdi-video



