Psixoloqun etirafı: “Sevgi və fərdi dəyərli hiss etmə”nin artması boşanmaları sürətləndirdi – VİDEO

Türk Psixoloq Esra Özbey sosial mediada paylaşdığı video ilə müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o, son illərdə artan boşanma hallarının səbəbi kimi psixoloqları göstərib.
Özbey bildirib ki, ailə terapevtləri evlilikdə əsas amil kimi sevgi və fərdin özünü dəyərli hiss etməsini ön plana çıxarmağa başlayanlar, sonra boşanmaların sayı ciddi şəkildə artıb. Onun sözlərinə görə, terapevtlərin məsləhət zamanı davamlı olaraq “özünü dəyərli hiss etmə” və “sevgi” anlayışlarını vurğulaması, tərəflər arasında dözümlülüyün azalmasına və ayrılıqların sürətlənməsinə gətirib çıxarıb.
Psixoloq iddia edib ki, evlilikdə fərdi xoşbəxtliyin əsas prioritetə çevrilməsi ailə institutuna mənfi təsir göstərir.
Özbeyin bu fikirləri sosial şəbəkələrdə qısa müddətdə geniş rezonans doğurub. Bəzi istifadəçilər onun “fərdiləşmə” ilə bağlı tənqidlərini dəstəkləsə də, bir çox mütəxəssis boşanmaların arxasında iqtisadi çətinliklər, cəmiyyətin dəyişməsi, ailədaxili zorakılıq və digər mürəkkəb sosial amillərin dayandığını vurğulayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388035/aciq-aciq-etiraf-etdi-bosanmalarin-sayi-psixoloqlara-gore-artib-video
Mənbə: https://sonxeber.az/388035/aciq-aciq-etiraf-etdi-bosanmalarin-sayi-psixoloqlara-gore-artib-video



