Ramazan ayı 2026 bu tarixdə başlayır

Ramazan ayı 2026-ci ildə Fevralın 18-i gecə niyyət edilir, Fevralın 19-u isə ilk oruc günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək.
SONXEBER.az xəbər verir ki, sabah Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətva verəcəyi gözlənilir.
Fevralın 19-da – ilk oruc günündə imsak vaxtının 06:06-ya, iftar vaxtının isə 18:30-a təsadüf edəcəyi gözlənilir. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.
Namaz Vaxtı və Oruc ayı duaları üçün Namazvaxti.az saytında baxa bilərsiz. Allah Oruc və Dualarınızı qəbul etsin !
Mənbə: https://sonxeber.az/388023/ramazan-ayi-2026-bu-tarixde-baslayir



