Anası tərəfindən tərk edilən meymun viral oldu: Axtardığı şəfqəti yumşaq oyuncağında tapdı – VİDEO

Yaponiyanın Çiba prefekturası ərazisində yerləşən bir heyvanat parkında anası tərəfindən tərk edilən balaca meymun Punch ziyarətçilərin və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, balaca meymunun yanından ayırmadığı yumşaq oyuncağı izləyənləri duyğulandırıb. Şəfqətə ehtiyacı olan Punchın oyuncağa sığınması qısa müddətdə sosial mediada viral olub və minlərlə bəyənmə toplayıb.
Sevimli heyvanla bağlı daha bir xoş xəbər yayılıb. Bildirilir ki, parkdakı digər meymunlardan biri Punchı qəbul edib. Onların birlikdə görüntüləri sosial şəbəkələrdə “bəyənmə yağışı”na tutulub və izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388015/anasi-terefinden-terk-edilen-meymun-viral-oldu-axtardigi-sefqeti-yumsaq-oyuncaginda-tapdi-video



