20 il əvvəlki görüntülər üzə çıxdı: Bengü və Serdar Ortaç nostalji küləyi əsdirdi – VİDEO

Bengü və Serdar Ortaçın 2007-ci ildə lentə aldıqları “Korkma Kalbim” duetinin ilk studiya görüntüləri üzə çıxıb. İkilinin gənclik illərinə aid həmin kadrlar sosial mediada böyük maraqla qarşılanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yayılan görüntülərdə sənətçilərin mahnı üzərində işlədikləri və studiyadakı səmimi anları əks olunub. Xüsusilə onların enerjisi və uyğunluğu izləyicilər tərəfindən nostalji hisslərlə qarşılanıb.
Paylaşım qısa zamanda pərəstişkarlar arasında geniş yayılıb və çoxsaylı şərhlər toplayıb. İzləyicilər 2000-ci illərin pop musiqisini xatırlayaraq həmin dövrün hitlərinin hələ də sevilərək dinlənildiyini vurğulayıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388013/20-il-evvelki-goruntuler-uze-cixdi-bengu-ve-serdar-ortac-nostalji-kuleyi-esdirdi-video



