Məşhur aktyor bir telefon zəngi ilə qan davasını bitirdi - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Məşhur aktyor bir telefon zəngi ilə qan davasını bitirdi – VİDEO

Türkiyəli məşhur aktyor İlhan Şen bu dəfə rolu ilə deyil, real həyatda atdığı addım ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Şanlıurfanın Ceylanpınar rayonunda uzun müddətdir davam edən qan davası aktyorun müdaxiləsi ilə sona çatıb. Şanlıurfalı olduğu bilinən İlhan Şenin iki ailə arasında davam edən ədavəti aradan qaldırmaq üçün bölgənin nüfuzlu şəxslərini telefon vasitəsilə bir araya gətirdiyi bildirilir.

Aparılan danışıqlar nəticəsində tərəflərin razılığa gəldiyi və barışın təmin olunduğu qeyd olunur.

Serialda aşirət ağasını canlandıran aktyorun real həyatda da barış üçün təşəbbüs göstərməsi sosial mediada geniş rezonans doğurub. İstifadəçilər “Rolunu gerçəyə daşıdı” kimi şərhlər yazaraq onun addımını təqdir ediblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388014/meshur-aktyor-bir-telefon-zengi-ile-qan-davasini-bitirdi-video

Mənbə: https://sonxeber.az/388014/meshur-aktyor-bir-telefon-zengi-ile-qan-davasini-bitirdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button