77 yaşlı kişi pilləkən boşluğunda ölü tapıldı - Admenasi
Hadise

77 yaşlı kişi pilləkən boşluğunda ölü tapıldı

Türkiyənin Karabük şəhərində 77 yaşlı bir kişi yaşadığı yaşayış binasının pilləkən boşluğunda ölü halda aşkarlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mərhumun cəsədi qonşusu tərəfindən tapılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Aparılan ilkin baxış zamanı yaşlı kişinin həyatını itirdiyi müəyyən edilib. Meyit müayinə üçün aidiyyəti üzrə morqa təhvil verilib.

Kişinin ölüm səbəbi aparılacaq məhkəmə-tibbi ekspertiza nəticəsində dəqiqləşəcək. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/385311/77-yasli-kisi-pilleken-boslugunda-olu-tapildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button