75 yaşlı veteran atlet gənc qalmağın sirrini açıqlayıb - VİDEO - Admenasi
Maraqli

75 yaşlı veteran atlet gənc qalmağın sirrini açıqlayıb – VİDEO

Aydında 40 il əvvəl idmana başlayan 75 yaşlı veteran marafonçu Saffet Acar əzmi ilə ətrafındakılara nümunə olur.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Aydının Efeler rayonunun Fatih məhəlləsində yaşayan Saffet Acar, 40 il əvvəl başladığı idman həyatını bu gün də uğurla davam etdirir. Yaşının irəliləməsinə baxmayaraq idmandan bir an belə uzaqlaşmayan veteran marafonçu, qatıldığı çoxsaylı yarışlardan mükafat və birinciliklərlə qayıdıb.

Hər gün ən azı 2 saat qaçan Acar, məşqçisinin rəhbərliyi ilə müntəzəm məşqlər edir. Qaçdığı parkurda onu izləyənlər üçün də motivasiya mənbəyinə çevrilən idmançı, bir çox insanın idmana başlamasına ilham verir.

Saffet Acar idmanın onun üçün artıq həyat tərzinə çevrildiyini deyir: “Hər gün idman etməyə çalışıram. Sağlamlığımı idmana borcluyam. Hər kəsə tövsiyə edirəm. 1993-cü il istehsalı avtomobilim var. İllər keçsə də, cəmi 85 min kilometr yol gedib. Mən o maşından daha çox kilometr qət edirəm. İdman mənim üçün həyat tərzidir. 18 may 2025-ci ildə Konyada qaçdığım yarı marafonu 1 saat 40 dəqiqəyə başa vuraraq Türkiyə birincisi oldum. Rəqiblərimə hörmətlə yanaşıram, amma indi də yarışa getsəm, 75 yaş qrupu üzrə yenə birinci olaram. Çünki demək olar ki, rəqibim yoxdur. Mən bu idmanı sevərək edirəm və həyatımı bu şəkildə davam etdirirəm.”

Evində qatıldığı müxtəlif yarışlarda qazandığı kubokları da nümayiş etdirən Acar daha yaxşı nəticələr əldə etmək üçün qaçmağa davam edəcəyini bildirib.

Hər kəsə fiziki imkanlarına uyğun idmanla məşğul olmağı tövsiyə edən veteran idmançı əlavə edib: “Hər kəsin həyatında mütləq bir idman növü olmalıdır. Qaça bilən qaçsın, heç nə edə bilmirsinizsə, heç olmasa gəzintiyə çıxın. Bu, ən azından özünüzə keyfiyyətli vaxt ayırmaqdır. Apteklərdə satılmayan yeganə dərman idmandır.”

Video ucun menbeyey baxin: https://sonxeber.az/387148/75-yasli-veteran-atlet-genc-qalmagin-sirrini-aciqlayib-video

Mənbə: https://sonxeber.az/387148/75-yasli-veteran-atlet-genc-qalmagin-sirrini-aciqlayib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button