65 yaşlı adam çayxanasında ölü tapıldı

Kayserinin Kocasinan rayonunda yerləşən çayxanada yaşayan 65 yaşlı adam dostları tərəfindən ölü vəziyyətdə tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Gevhernesibe məhəlləsi, Yelkenli küçəsində yerləşən 3 mərtəbəli binanın birinci qatındakı çayxanada baş verən hadisə zamanı İbrahim K. (65) dostları tərəfindən divan üzərində hərəkətsiz halda aşkarlanıb. Hadisə ilə bağlı dərhal polis və təcili tibbi yardım briqadalarına məlumat verilib.
Əraziyə cəlb olunan polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb, tibb işçiləri isə ilkin baxış zamanı İbrahim K.-nın həyatını itirdiyini müəyyən ediblər. Araşdırmalardan sonra mərhumun cəsədi tibbi ekspertizaya aparılması üçün xəstəxananın morquna təhvil verilib.
Mənbə: https://sonxeber.az/384106/65-yasli-kisi-cayxanada-olu-tapildi



