6 Fevral zəlzələlərinin üçüncü ildönümündə ürəkdağlayan bir hekayə yenidən gündəmə gəlib - VİDEO - Admenasi
Maraqli

6 Fevral zəlzələlərinin üçüncü ildönümündə ürəkdağlayan bir hekayə yenidən gündəmə gəlib – VİDEO

Kahramanmaraş mərkəzli 6 fevral 2023-cü il zəlzələlərində Qaziantepin İslahiye rayonunda bütün ailəsini itirən bir şəxs, saatlar 04:17-ni göstərərkən Adanadakı ailə məzarlığında göz yaşlarına hakim ola bilməyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zəlzələ zamanı işdə olduğu üçün sağ qalan ata, aradan üç il keçməsinə baxmayaraq, dağıntılar altından cənazəsi tapılmayan 13 yaşlı qızını ümidlə axtarmağa davam edir.

Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan iki güclü zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olmuşdu. Qaziantepin İslahiye rayonunda da çox sayda bina yerlə-yeksan olmuş, Karaca ailəsi isə ən ağır itkiləri yaşayan ailələrdən biri kimi yadda qalmışdı. Gecə növbəsində işlədiyi üçün dağıntılar altında qalmayan ata Fatih Karaca, zəlzələdə anasını, həyat yoldaşını, biri universitet tələbəsi olmaqla 3 övladını və qayınanasını itirib.

Ailəsinin Adanadakı Kabasakal qəbiristanlığında yerləşən məzarı başında saat 04:17-də dua edən Fatih Karaca bildirib ki, onun üçün ən böyük ağrı dağıntılar altından cənazəsi tapılmayan 13 yaşlı qızı İrem Karacadır. O, üç il keçməsinə baxmayaraq qızından heç bir iz tapılmadığını, amma ümidini itirmədiyini deyib.

Göz yaşları içində danışan ata, “Allah heç kəsə övlad acısı yaşatmasın. Ən pisi isə üç ildir nə ölüsünə, nə də dirisinə çata bilmədiyim qızımdır. Zəlzələdən sonra məzar yeri 10 gün hazır saxlanıldı. Araşdırmalar apardıq. Üç qız onun sağ olduğunu demişdi, birlikdə oynadıqlarını söyləmişdilər. O gündən bəri qızımı axtarıram. İtkin olmaq daha betərdir – tapa bilmirsən, dərdini də kimsəyə tam anlada bilmirsən. Çarəsizlik çox ağırdır. Allah belə bir dərdi heç kimə yaşatmasın. Evlad sevgisini yaşadıb, tez aldı. Bu acının təsviri yoxdur”, – deyə bildirib.

Bayramların və xüsusi günlərin onun üçün artıq mənasını itirdiyini deyən Karaca sözlərinə belə davam edib: “Mən dörd uşaq atası idim. Bayram gələndə ‘ata, bayramlıq ver’ deyən övladım qalmayıb. Anam, qayınanam, həyat yoldaşım və üç övladım burada uyuyur. Onlarsız həyat çox çətindir. Yeganə ümidim qızımı sağ tapmaqdır. Onu tapsam, həyat davam edəcək. İnsanlar bayramda övladları ilə bayramlaşır, mən isə dayanıb baxıram. Bayramları və xüsusi günləri işdə keçirirəm. Qiymət cədvəli alan uşaqları görəndə qısqanıram. Allaha dua edirəm ki, heç kimə belə bir acı yaşatmasın.”

Video ucun menbeyey baxin: https://sonxeber.az/387117/6-fevral-zelzelelerinin-ucuncu-ildonumunde-urekdaglayan-bir-hekaye-yeniden-gundeme-gelib-video

Mənbə: https://sonxeber.az/387117/6-fevral-zelzelelerinin-ucuncu-ildonumunde-urekdaglayan-bir-hekaye-yeniden-gundeme-gelib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button