5 yaşlı uşağın saxlanılması ABŞ-də müzakirələrə səbəb oldu

ABŞ-nin Minnesota ştatında Gömrük Mühafizə Xidmətinin (ICE) keçirdiyi əməliyyat ölkədə geniş rezonans doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Federal polis əməkdaşları 5 yaşlı uşağı atası ilə birlikdə saxlayıb.
Hadisənin ICE əməkdaşlarının iştirakı ilə Renee Good adlı qadının ölümü ilə nəticələnən əməliyyatdan sonra baş verməsi ictimai narazılığı daha da artırıb. Yerli media və insan haqları müdafiəçilərinin iddialarına görə, polis əməliyyat zamanı uşağı prosesdə istifadə edib ki, bu da ciddi etik və hüquqi mübahisələrə səbəb olub.
Sosial şəbəkələrdə və ictimaiyyət arasında baş verənlər səlahiyyət həddinin aşılması kimi dəyərləndirilib. Bir sıra hüquq müdafiə təşkilatları uşaqların bu cür əməliyyatlara cəlb edilməsini yolverilməz hesab edərək ICE-nin fəaliyyətini kəskin tənqid edib.
ICE və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə yaydığı açıqlamada uşağın məqsədli şəkildə hədəf alınmadığını, təhlükəsizliyi təmin etmək məqsədilə atası ilə birlikdə saxlanıldığını bildirib.
Hadisə ABŞ-dƏ immiqrasiya siyasəti və federal hüquq-mühafizə orqanlarının fəaliyyəti ətrafında müzakirələri yenidən alovlandırıb.
Mənbə: https://sonxeber.az/385967/5-yasli-usagin-saxlanilmasi-abs-de-muzakirelere-sebeb-oldu



