5 ayrı cinayətdən axtarılan şəxs görün hardan tapıldı – VİDEO

Yalovada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində haqqında qəti həbs cəzası olan bir sıra axtarışdakı şəxslər saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 27 yanvar-2 fevral tarixlərində Yalova İl Emniyyət Müdirliyi və İl Jandarma Komandanlığının əməkdaşları müxtəlif cinayətlərə görə məhkum olunmuş və barələrində axtarış qərarı çıxarılmış şəxslərin tutulması istiqamətində birgə əməliyyat keçiriblər.
Tədbirlər çərçivəsində barəsində 5 ilədək həbs cəzası olan 22 nəfər, 10 ilədək həbs cəzası olan 1 nəfər və 5 ayrı cinayət üzrə ümumilikdə 27 il 6 ay qəti həbs cəzası almış 1 nəfər olmaqla, ümumilikdə 24 qaçaq məhkum saxlanılıb.
Əməliyyat zamanı xüsusilə diqqət çəkən məqamlardan biri 5 ayrı cinayətə görə axtarışda olan və 27 il 6 ay həbs cəzası alan şəxsin evinin çardaq hissəsində düzəldilmiş gizli bölmədə gizləndiyi yerdə yaxalanması olub. Həmin şəxs saxlanılaraq nəzarət altına götürülüb.
Bundan əlavə, ifadə vermək üçün axtarılan daha 40 şübhəli şəxs də keçirilən tədbirlər nəticəsində saxlanılaraq polis orqanlarına təhvil verilib.
Yalova valisi Ahmet Hamdi Usta sosial media hesabında yaydığı açıqlamada bildirib ki, Yalova Valiliyinin əsas prioriteti vətəndaşların huzur və təhlükəsizliyini təmin etməkdir. O qeyd edib ki, cinayətə qarışmış və barəsində axtarış olan şəxslərin cəmiyyət içində sərbəst gəzməsinə qətiyyən imkan verilməyəcək.
Vali paylaşımında çardaqda gizlənən şəxsin görüntülərinə də yer verərək vurğulayıb ki, Yalovanın dənizi, yaşıllığı, təbii gözəllikləri və sakit həyatı ilə tanınması üçün işlər qətiyyətlə davam etdiriləcək. O, həmçinin əməliyyatlarda iştirak edən polis və jandarma əməkdaşlarına, eləcə də dəstək göstərən Yalova sakinlərinə təşəkkür edib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386995/5-ayri-cinayetden-axtarilan-sexs-gorun-hardan-tapildi-video
Mənbə: https://sonxeber.az/386995/5-ayri-cinayetden-axtarilan-sexs-gorun-hardan-tapildi-video



