Sosial
48 Apteki Yoxlama – Nəqşanlar Tapıldı

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
“Bakı” qəzetinin xəbər verdiyi kimi, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Mənbə: https://sonxeber.az/388753/48-aptekde-yoxlama-noqsanlar-tapildi



