300 kiloqramlıq xəstəni divarı sındıraraq evdən çıxartdılar - VİDEO - Admenasi
Sosial

300 kiloqramlıq xəstəni divarı sındıraraq evdən çıxartdılar – VİDEO

Kayseri şəhərində fil xəstəliyi (limfedema) səbəbindən çəkisi 300 kiloya çatan və son 5 ildir yatağa bağlı yaşayan Engin Akbadal müalicə üçün xüsusi tibbi briqada tərəfindən evindən çıxarılıb. O, müalicə məqsədilə obez ambulansı ilə Ankara şəhərinə aparılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Akbadalın yaşadığı mənzildən çıxarılması üçün genişmiqyaslı hazırlıq işləri görülüb. Mənzilin bəzi divarları sındırılaraq giriş hissə genişləndirilib. Daha sonra 30 nəfərlik xüsusi heyətin iştirakı ilə o, təhlükəsiz şəkildə evdən çıxarılaraq təcili tibbi yardım avtomobilinə yerləşdirilib.

Hazırda xəstənin müalicəsinin davam etdirildiyi bildirilib. Həkimlər onun vəziyyətinin nəzarət altında saxlanıldığını və müalicə prosesinin mərhələli şəkildə aparılacağını açıqlayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387734/300-kiloqramliq-xesteni-divari-sindiraraq-evden-cixartdilar-video

Mənbə: https://sonxeber.az/387734/300-kiloqramliq-xesteni-divari-sindiraraq-evden-cixartdilar-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button