300 illik tarixi hamamın içinə girənlər gördükləri qarşısında şok oldu - Admenasi
Hadise

300 illik tarixi hamamın içinə girənlər gördükləri qarşısında şok oldu

Türkiyənin Denizli vilayətinin Buldan rayonunda yerləşən və təxminən 3 əsrlik tarixi olan hamamda xəzinə axtaran şəxslər tərəfindən qanunsuz qazıntı aparıldığı müəyyən edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Buldan rayonuna bağlı Hamamboğazı ərazisində yerləşən tarixi hamamdan gələn şübhəli səsləri eşidən ətraf sakinlər vəziyyəti yoxladıqda binanın içərisində qanunsuz qazıntı aparıldığını aşkar ediblər. 1-ci dərəcəli sit ərazisi statusuna malik olan bu tarixi abidənin aparılan qazıntılar nəticəsində zərər gördüyü bildirilib.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, son vaxtlar tarixi hamama tez-tez tanımadıqları şəxslər gəlib və qazıntılar zamanı səs-küy yaranıb. Onlar xəzinə axtaranların 300 illik bu qiymətli tarixi irsə ciddi ziyan vurduğunu vurğulayıblar.

Vətəndaşlar tarixi hamamın mühafizə altına alınmasını və bu cür halların qarşısının alınmasını tələb ediblər.

Mənbə: https://sonxeber.az/385088/300-illik-tarixi-hamamin-icine-girenler-gordukleri-qarsisinda-sok-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button