30 dəqiqə yağan leysan həyatı iflic etdi - Admenasi
Dunyada

30 dəqiqə yağan leysan həyatı iflic etdi

Kuşadası rayonunda təxminən 30 dəqiqə davam edən güclü leysan yağışı nəticəsində çaylar məcrasından çıxıb, Davutlar və Güzelçamlı məhəllələrində küçə və prospektlər sel sularının altında qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə təsirini artıran yağış həyatın normal axarını pozub, bəzi ərazilərdə hərəkət tamamilə iflic olub.

Hadisə zamanı insan tələfatının olmadığı bildirilsə də, bir sıra avtomobillər sel sularına qapılaraq zərər görüb. Güclü yağış səbəbindən Söke-Kuşadası dairəvi avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Sürücülər alternativ marşrutlara yönləndirilib.

Əraziyə cəlb olunan bələdiyyə və fövqəladə hallar xidmətlərinin əməkdaşları selin fəsadlarının aradan qaldırılması üçün işlərini davam etdirir. Yollarda yığılan palçıq və suyun təmizlənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində operativ tədbirlər görülür. Səlahiyyətli qurumlar vətəndaşları ehtiyatlı olmağa çağıraraq, hava şəraitinin gedişatını diqqətlə izləməyi tövsiyə edib.

Mənbə: https://sonxeber.az/385934/30-deqiqe-yagan-leysan-heyati-iflic-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button