"3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik" - VİDEO - Admenasi
Sosial

“3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik” – VİDEO

Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, izləyiciləri ilə maraqlı etirafını bölüşərək bildirib ki, kənddə üç ildir yaşadıqları müddətdə uşaqları xəstələnməyib:

“3 ildir burada yaşayırıq, uşaqlarımız bu müddətdə xəstələnməyib. Soyuq havada da gəzməyə çıxarmışam, qripin nə olduğunu bilmirik, viruslar yan keçir. Bakıya gedən kimi hiss edirəm ki, uşaqlar xəstələnəcək. Buradakı hava, torpaq o qədər təmizdir ki, uşaqları xəstəliklərdən qoruyur”.

Sakinin bu açıqlaması sosial mediada maraqla qarşılanıb və kəndin təmiz havasının sağlamlığa faydası mövzusunda müzakirələrə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385418/3-ildir-agalida-yasayiriq-xestelenmirik-video

Mənbə: https://sonxeber.az/385418/3-ildir-agalida-yasayiriq-xestelenmirik-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button