19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı - Admenasi
Hadise

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Fevralın 4-ü Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.az-a azyaşlının atası Rəşad Bəşirov bildirib.

O qeyd edib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb: “Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin”.

Mənbə: https://sonxeber.az/387757/19-bicaq-xesareti-alan-azyasli-eve-buraxildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button