Hadise
17 yaşlı oğlan yıxılıb ağır xəsarət aldı

Abşeronda yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mehdiabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Kənan Kərimov kənd ərazisində yıxılıb.
Bu zaman yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batıb.
Daxilə nüfuz edən xəsarət almış K.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Mənbə: https://sonxeber.az/387571/17-yasli-oglan-yixilib-agir-xesaret-aldi



