16 yaşlı gənc ov tüfəngi ilə öldürülüb - Admenasi
Hadise

16 yaşlı gənc ov tüfəngi ilə öldürülüb

Tekirdağın Süleymanpaşa rayonunda ov tüfəngi ilə açılan atəş nəticəsində 16 yaşlı Erkan Karadeniz həyatını itirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Aydoğdu məhəlləsində baş verib.

Məlumata görə, Erkan Karadenizə (16) bir şəxs tərəfindən ov tüfəngi ilə atəş açılıb və sonra hadisə yerindən qaçıb. Hadisə barədə polisə və təcili tibbi yardım ekipinə məlumat verilib.

Təcili tibbi yardım tərəfindən Tekirdağ Dr. İsmail Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına çatdırılan Karadenizə göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisəni törədən şəxsi müəyyən etmək və tutmaq üçün əməliyyat başlatıb.

Mənbə: https://sonxeber.az/387482/16-yasli-genc-ov-tufengi-ile-oldurulub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button