14 yaşlı yeniyetmə yerdə gördüyü bayrağı öpərək qaldırdı - VİDEO - Admenasi
Maraqli

14 yaşlı yeniyetmə yerdə gördüyü bayrağı öpərək qaldırdı – VİDEO

Kayseri şəhərində 14 yaşlı yeniyetmənin etdiyi hərəkət sosial şəbəkələrdə maraqla qarşılanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Kocasinan rayonunun Sahabiye məhəlləsində qeydə alınıb. Belə ki, 14 yaşlı uşaq səki ilə hərəkət edərkən yerdə gördüyü Türkiyə bayrağını götürmək üçün qaçaraq geri dönüb. O, bayrağı yerdən qaldıraraq səliqə ilə qatlayıb və öpüb.

Hadisə həmin an ərazidən keçən motosikletçi Ersin Çampınarın dəbilqə kamerası tərəfindən lentə alınıb. Görüntülərdə motosikletçinin yeniyetməyə yaxınlaşaraq, “Halal olsun sənə, bala. Tüklərim biz-biz oldu. Nə edirsən, qardaş?” dediyi eşidilir.

Yeniyetmə isə cavabında, “Bayrağı yerdə gördüm. Könlüm razı olmadı” ifadələrini işlədib.

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən müsbət qarşılanıb və gəncin davranışı təqdir edilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388171/14-yasli-yeniyetme-yerde-gorduyu-bayragi-operek-qaldirdi-video

Mənbə: https://sonxeber.az/388171/14-yasli-yeniyetme-yerde-gorduyu-bayragi-operek-qaldirdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button