10 gündür komada olan qazi vəfat etdi - Admenasi
Sosial

10 gündür komada olan qazi vəfat etdi

Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.

Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub.

Mənbə: https://sonxeber.az/385704/10-gundur-komada-olan-qazi-vefat-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button