1 yaşlı qızına qarşı zorakılıq göstərdiyi iddia edilən ana məhkəmə qarşısına çıxarılıb - VİDEO - Admenasi
Hadise

1 yaşlı qızına qarşı zorakılıq göstərdiyi iddia edilən ana məhkəmə qarşısına çıxarılıb – VİDEO

Antalyada 1 yaşlı qızına qarşı zorakılıq göstərdiyi iddia edilən ana məhkəmə qarşısına çıxarılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma Osman Vesek adlı şəxsin müraciətindən sonra başlanıb. O, həyat yoldaşı İmane Motinin 1 yaşlı qızlarına qarşı zorakılıq tətbiq etdiyini evə quraşdırdığı gizli kamera vasitəsilə qeydə alaraq hüquq-mühafizə orqanlarına təqdim edib. Şikayətdən sonra saxlanılan Moti barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq müddətində həbsdə saxlanılıb.

Məlumata görə, 2023-cü ildə Mərakeş vətəndaşı olan İmane Moti ilə ailə quran Osman Vesekin bu nikahdan ötən il bir qızı dünyaya gəlib. Ata övladının bədənində göyərtilər görərək məsələ ilə maraqlanıb. Ananın isə uşağın yeriməyə yeni başladığını və tez-tez yıxıldığını dediyi bildirilir. Lakin şübhələri artan ata evə gizli kamera yerləşdirib. Kadrlara baxdıqdan sonra isə azyaşlının anası tərəfindən zorakılığa məruz qaldığını gördüyünü iddia edərək hüquqi addım atıb.

Məhkəmədə ifadə verən İmane Moti uşağına yalnız bir dəfə vurduğunu deyib. O, psixoloji vəziyyətinin pozulduğunu bildirərək peşman olduğunu və səhv etdiyini söyləyib. Təqsirləndirilən şəxs həmçinin azyaşlı qızının həsrətini çəkdiyini dilə gətirərək məhkəmədən azadlığa buraxılmasını xahiş edib.

Hakimin “Uşaq ağlayarkən makiyaj etdiyiniz doğrudurmu?” sualına “Bəli” cavabını verən Moti, uşağı boğazından tutaraq divana tərəf itələməsi ilə bağlı sualı isə təkzib etməyə çalışıb və yalnız bir dəfə vurduğunu təkrar edib.

Faktla bağlı məhkəmə araşdırması davam edir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386964/1-yasli-qizina-qarsi-zorakiliq-gosterdiyi-iddia-edilen-ana-mehkeme-qarsisina-cixarilib-video

Mənbə: https://sonxeber.az/386964/1-yasli-qizina-qarsi-zorakiliq-gosterdiyi-iddia-edilen-ana-mehkeme-qarsisina-cixarilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button