“Zorqe” adına parkın daxilindən yol salınması mümkündürmü – Fotolar

Bakının Nəsimi rayonunda yerləşən “Rixard Zorque” adına parkda, ağacların arasında yeni yol salınıb.
“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazilərdən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyini əlavə edib.
Məsələ ilə bağlı elə Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya bu gün Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov cavab verdi: “Parkın ərazisində yerləşən binanın söküntüsü zamanı yaranmış tullantıların yük avtomobilləri ilə daşınması üçün müvəqqəti olaraq ərazilərdən istifadə edilib. Sözügedən sahə bərpa olunub. Sahənin mövcud vəziyyəti barədə fotoşəkil əlavə olunur”.
Mənbə: https://sonxeber.az/389433/zorge-parkinin-icinden-yol-salinib-fotolar



