Sosial
Yutubda da mesajlaşma olacaq

“YouTube” şəxsi mesajlaşma funksiyasını yenidən test edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, platformanın funksiyası 31 Avropa ölkəsində istifadəçilər üçün əlçatandır.
“YouTube”şəxsi mesajlaşma funksiyasını ilk dəfə 2017-ci ildə təqdim edib. Lakin iki ildən sonra layihə dayandırılıb. 2025-ci ilin noyabrında isə funksiya yenidən test rejimində bərpa olunaraq əvvəlcə Polşa və İrlandiyada istifadəyə verilib.
Hazırda isə xidmət Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Macarıstan, Estoniya və digər Avropa ölkələrində də sınaqdan keçirilir.
Mənbə: https://sonxeber.az/389602/yutubda-da-mesajlasma-olacaq



