“YeniSƏN” yenidən səhnədə

1 mart tarixində ikincidəfə olaraq “YeniSƏN” adlı qadınların şəxsi inkişaf forumu keçirildi. Forumda müxtəlif peşə sahəsindən olan və sahibkar xanımlarla yanaşı öyrənmək və yenilənmək istəyən hər kəs iştirak etdi. Forumun Açılışı Xarı Bülbül Events Qrupun forum üçün özəl hazırladığı “Qadını sülh elçisi” kimi tərənnüm edən rəqsi ilə başladı. Sonra isə forumun təşkilati komandasının forumun məqsədi və gözləntiləri ilə bağlı fikirləri səsləndirildi.
BiG.AZ xəbər verir ki, “YeniSƏN” layihəsinin əsas məqsədi forumda iştirak edən hər bir xanımı ölkədə hərəsi öz sahəsində uğur qazanmış mütəxəssislərlə görüşdürmək və sağlam qidalanma, erkən yaşlanma, övlad yetişdirmək, düzgün kariyer qurmaq, az büdcə ilə yaxşı təhsil almaq və eləcə də hüquq, psixologiya, maliyyə sahəsində biliklərini artırmaq ilə bağlı mövzularda maarifləndirməkdir.
Nəzərinizə çatdıraq ki, forum təhsil və maarifləndirmə sektorunda fəaliyyət göstərən “World” Karyera və peşə mərkəzi, eləcə də “Ömür Dent” diş klinikası tərəfindən təşkil olunmuşdur. BSC konsaltinq şirkəti, sənay mərkəzi, Red Oil yanacaqdoldurma məntəqələri, Aladdin Kids Salon və digər şirkətlərin sponsorluğu ilə keçirilən və iki hissədən ibarət forumda müxtəlif yazarların kitab imza saatı eləcə də networking üçün əlverişli çay fasiləsi də gerçəkləşdi.
Ümumi 18 spiker, əvvəlcədən hazırladığı nitqi və səhnə hazırlığı ilə valideynlik, qadın olmaq, gözəllik, sağlamlıq, mənəvi inkişaf, karyera və şəxsi inkişaf mövzularında emosional və maarifləndirici çıxışlar etdi.
Mənbə: https://sonxeber.az/389267/18-spiker-yuzlerle-istirakci-yenisen-yeniden-sehnede



