Xirosimaya atom bombasını atan bombardmançının gündəliyi satışa çıxarılıb - Admenasi
Maraqli

Xirosimaya atom bombasını atan bombardmançının gündəliyi satışa çıxarılıb

1945-ci ildə Xirosimaya atom bombası atan “B-29 Enola Gay” bombardmançısının ikinci pilotu, kapitan Robert Lüisin gündəliyi təxminən bir milyon dollara satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Lüisin bombardman zamanı və ondan sonra apardığı qeydləri əks etdirən bloknot Kaliforniyada nadir kitablar satıcısı Den Uitmor tərəfindən satışa çıxarılıb. Tələb olunan qiymət 950 min dollar təşkil edir. Qeyd olunur ki, gündəlikdə onun məşhur “Tanrım, biz nə etdik?” ifadəsi də yer alıb.

Materialda bildirilir ki, bu, bloknotun beşinci dəfə satışa çıxarılmasıdır. O, ilk dəfə 1971-ci ildə hərracda 37 min dollara satılıb. Sonuncu satış isə 2022-ci ildə baş tutub və məbləğ 543 min dollar təşkil edib.

Mənbə: https://sonxeber.az/388862/xirosimaya-atom-bombasini-atan-bombardmancinin-gundeliyi-satisa-cixarilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button