ABŞ-nin San Fransisko şəhərində fəaliyyət göstərən sürücüsüz taksi xidməti Veymonun (Waymo) avtomobilləri dar, iki istiqamətli küçədə nəqliyyat axınının olduğu yerlərdə hərəkət zamanı çətinliklə üzləşməkdədir.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, pilotsuz avtomobil qarşılıqlı hərəkətin olduğu dar yolda manevr etməkdə tərəddüd edib və qısa müddətlik dayanıb. Nəticədə küçədə nəqliyyat axınında gecikmə yaranıb.
Avtomobilin sürüşünə aid görüntü müəllifi bildirmiş ki, oxşar hallar əvvəllərdə də təkrarlanıb və Veymo avtomobilləri xüsusilə dar küçələrdə hərəkət zamanı çətinlik yaşayıb. Onun fikrinə görə, təqdim olunan video 3,7 dəfə sürətləndirilib və ümumilikdə hadisə təxminən 3 dəqiqə davam edib.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İfadəçilər sürücüsüz nəqliyyat vasitələrinin şəhər infrastrukturuna uyğunluğu və real yol şəraitində operativ qərarvermə imkanları ilə bağlı suallar səsləndiriblər.
Qeyd edilməlidir ki, Veymo ABŞ-nin bir sıra şəhərlərində sürücüsüz taksi xidmətini sınaq və kommersiya rejimində həyata keçirir.