Uzun illər itkin hesab edilən gənc qızı bacısı ilə razılaşma ilə öldürməyə məcbur edən gəncin cinayət təsadüfü idi

Manisanın Şehzadeler rayonunda 2009-cu ildən itkin düşən və həmin vaxt 17 yaşı olan Ebru Koyuncunun qətli ilə bağlı istintaqda yeni detallar üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Şehzadeler rayonunun Sancaklıiğdecik məhəlləsində baş verib. Ebru Koyuncunun anası, 60 yaşlı Münevver Koyuncu 1 oktyabr 2025-ci il tarixində saat 21:00 radələrində jandarmaya müraciət edərək bildirib ki, qızı 2009-cu ilin dekabr ayında evdən çıxıb və bir daha ondan xəbər ala bilməyib. Müraciətdən sonra Manisa Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İl Jandarma Komandanlığı tərəfindən araşdırmalara başlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Ebru Koyuncu keçmiş yeznəsi Ufuk Köse ilə təxminən 3 il davam edən münasibət yaşayıb və bu münasibətdən hamilə qalıb. Hamiləliyin üzə çıxmasından sonra isə gənc qız yoxa çıxıb. Araşdırma çərçivəsində şübhəlilərin müxtəlif dövrlərdə istifadə etdiyi 25 GSM xəttinin HTS qeydləri, şahid ifadələri, sahə araşdırmaları və texniki izləmə materialları təhlil edilib. Toplanan sübutlar ailə daxilində qətl ehtimalını gücləndirib və iş üzrə məxfilik qərarı çıxarılıb.
Cinayəti etiraf edən Ufuk Köse ifadəsində bildirib: “Ebrunu hamiləliyi artıq açıq şəkildə bilinəndə keçmiş həyat yoldaşımın torpaq sahəsinə apardıq. Orada ‘hovuz çuxuru’ dediyimiz bir yer var idi. Onu orada boğaraq öldürdüm. Daha sonra bacısına onu öldürdüyümü dedim, ertəsi gün birlikdə gedib üzərini torpaqla örtdük”.
Hadisənin üzə çıxılışından cinayəti etiraf edən Ufuk Köse və keçmiş həyat yoldaşı Fatma Koyuncu isə 26 fevral tarixində məhkəməyə çıxarılıb. Onlar növbətçi istintaq hakiminin qərarı ilə həbs olunublar.
Uzun illər itkin hesab edilən bir dosyenin bu şəkildə qətl faktı ilə nəticələnməsi cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/389336/iller-evvel-itkin-dusen-genc-qizi-bacisinin-eri-oldurubmus-video
Mənbə: https://sonxeber.az/389336/iller-evvel-itkin-dusen-genc-qizi-bacisinin-eri-oldurubmus-video



