Sosial
Üçüncü yerüstü metro stansiyası istifadəyə veriləcəyi tarix məlum olub

Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix haqqında Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev rəyini açıqlayıb.
Məmməd Rzayev bildirib ki, yeni metro stansiyası “Dərnəgül” deposu ərazisində olacaq:
“Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq”.
Mənbə: https://sonxeber.az/389247/ucuncu-yerustu-metro-stansiyasi-bu-tarixde-istifadeye-verilecek



