Dunyada
Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Antalya bölgəsinin Kaş rayonu akvatoriyasında 4.5 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbəri bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatına görə, seysmik hadisə yerli vaxtla saat 8:35-də (Bakı vaxtı ilə saat 9:35) qeydə alınıb.
Xəbərə görə, 12.5 kilometr dərinlikdə ocağı yerləşən zəlzələ ən yaxın yaşayış məntəqəsindən 145 kilometr aralıda baş verib.
İtki və dağıntı barədə məlumat verilmir.
Mənbə: https://sonxeber.az/389517/turkiyede-guclu-zelzele-oldu



