Dunyada
Tramp quru qoşunlarının İrana göndərilməsini istisna etməyib

Prezident Donald Tramp ABŞ qoşunlarının İrana yerləşdirilməsi ehtimalını istisna etməyib.
Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə “The New York Post” qəzetinə müsahibəsində İrana qoşun göndərilməsi imkanını şərh edərkən danışıb.
“Quru qoşunlarının yerləşdirilməsi ilə bağlı hər hansı qorxum yoxdur. Demək istədiyim budur ki, hər bir ABŞ prezidenti quru qoşunlarının yeridilməsinin əleyhinə olub. Mən isə bunu demirəm. Mən deyirəm ki, buna ehtiyac yoxdur. Yaxud əgər belə bir zərurət olarsa”, – deyə ABŞ prezidenti bildirib.
Mənbə: https://sonxeber.az/389238/tramp-quru-qosunlarinin-irana-gonderilmesini-istisna-etmeyib



