Sumqayıtda balaca idmançıların böyük yarışması - Aquatlon üzrə şəhər çapionatı keçirildi - Admenasi
Sosial

Sumqayıtda balaca idmançıların böyük yarışması – Aquatlon üzrə şəhər çapionatı keçirildi

1 mart 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə Aquatlon idman növü üzrə Sumqayıt şəhər çapionatı keçirildi. Yarışda Elit yaş qrupa bərabər 7 yaş qrupunda da idmançılar iştirak etdilər.
Suyun içindən qaçış zolağına uzanan maraqlı yarışda iştirakçılar Aquatlonun iki əsas mərhələsi – üzgüçülük və qaçış üzrə bacarıqlarını nümayiş etdirdilər. Yarış boyu tribunalarda valideynlərin alqışları, meydanda isə idmançıların qələbə əzmi hiss olundu.
Çempionatın əsas məqsədi uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gələcəyin triatlon idmançılarının yetişdirilməsində böyük role almaq idi. Balaca iştirakçılar isə göstərdilər ki, böyük qələbələrin yolu məhz belə kiçik, amma cəsarətli addımlardan başlayır.
Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olundular. Həmin gün meydanda yalnız qaliblər deyil, bütün iştirakçılar qazandı-çünki onlar idman, iradə və özünəinamn vacib dərsini yaşadılar.
Azərbaycan Triatlon Federasiyası bu kimi yarışlarla ölkəmizdə triatlon və aquatlon idman növlərinin inkişafına dəstək verməyi və yeni nəsil idmançığın yetişməsinə mümkünləşdirməyi davam etdirir.

Mənbə: https://sonxeber.az/389506/sumqayitda-balaca-idmancilarin-boyuk-mubarizesi-aquatlon-uzre-aciq-cempionat-kecirildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button