Sevdiyiniz yemək xarakteriniz haqqında nə deyir? – Araşdırma

Alimlərin araşdırmalarına görə, insanın seçdiyi yeməklər onun xarakterbarədə müəyyən ipucları verə bilər.
Oxu.Az xəbər verir ki, “Your Tango” nəşrinin yazdığına əsasən, qida seçimlər bəzən insanın davranış modelini əks etdirir.
Belə insanlar adətən riskə meyilli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan olurlar. Monotonluqdan tez yorulurlar.
Şəkərsiz qəhvə, tünd şokolad və zeytun kimi məhsullara üstünlük verənlərin daha sərt xarakter xüsusiyyətlərinə malik ola biləcəyi bildirilir. Tünd acı dadı sevmək bəzən empatiyanın zəifliyi və soyuqluqla əlaqələndirilə bilər.
Belə şəxslər çevik və tez uyğunlaşan, eyni zamanda ambisiyalı və rəqabət ruhlu ola bilərlər.
Desertlərə üstünlük verənlər adətən mehriban və yumşaqxasiyyətli sayılırlar. Araşdırmalar göstərir ki, şirin dad əməkdaşlıq və başqalarına yardım meyilini artıra bilər.
Sitrus meyvələri və turş məhsullara üstünlük verənlər özlərinə və ətrafdakılara qarşı yüksək tələblər qoyurlar. Onlar tez-tez özünütənqidə meyilli və həssas olurlar.
Mürəkkəb dad kombinasiyalarını sevənlər adətən ciddi, zövqlü və seçici xarakterə malik kimi təsvir olunurlar.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr statistik araşdırmalara əsaslanır. Dad seçimləri insanın şəxsiyyətini birbaşa müəyyən etmir, lakin onun bəzi xüsusiyyətlərini əks etdirə bilər.
Mənbə: https://sonxeber.az/388980/sevdiyiniz-yemek-xarakteriniz-haqqinda-ne-deyir-arasdirma



