Şou biznes xəbərləri
Serenay Sarıkaya və Mert Demir evlənməyə hazırlaşır

Türkiyəli aktrisa Serenay Sarıkaya ilə müğənni Mert Demirin bu yay ailə qurmağa hazırlaşdığı iddia olunur.
Sonxeber.az xəbər verir ki, məlumata görə, məşhur cütlük münasibətlərini rəsmi nikahla davam etdirmək qərarına gəlib və toy mərasiminin yay aylarında keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı jurnalist Mehmet Üstündağ paylaşıb.
Hazırda tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. Buna baxmayaraq, yayılan məlumatlar Türkiyə şou-biznes gündəmində geniş müzakirələrə səbəb olub.
Mənbə: https://sonxeber.az/389509/serenay-sarikaya-ve-mert-demir-evlenmeye-hazirlasir



