Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? – İDDİA

Şərur rayonunda şəkərli diabet xəstələrinə dövlət hesabına ayrılan dərman və tibbi ləvazimatların apteklərdə satışa çıxarıldığını iddia olunur. Xəstələr onlara verilməli olan vasitələrlə təmin olunmadıqlarını, Ailə Sağlamlıq Mərkəzində isə kobud münasibətlə qarşılaşdıqlarını bildirirlər.
Məlumata görə, rayon sakinləri oxu.az-a danışaraq demişlər ki, qanunvericiliyə əsasən, hər xəstəyə ildə 300 ədəd pulsuz test çubuğu verilməlidir.
Şikayətçilərin sözlərinə görə, bu norma tətbiq edilmir. Onlar iddia ediblər ki, dövlət hesabına verilməli olan test çubuqları apteklərdə bir ədədi 50 qəpikdən açıq şəkildə satılır.
Gərək qeyd edək ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qalıb.
Məlumat üçün mənbə kimi “Gündəlik Naxçıvan” səhifəsini göstərməyə davam edirik.



