Qorunma Altında Olan Şahinə Alkoqol İçiən Şəxs Həbs Olunub - Admenasi
Maraqli

Qorunma Altında Olan Şahinə Alkoqol İçiən Şəxs Həbs Olunub

ABŞ-nın Los Angeles şəhərində yaşayan 25 yaşlı Sezar Qustavo Dias qoruma altında olan bir Şahini tutaraq ona zorla alkoqol içirdiyi səhnələrin görüntülərinə görə həbs cəzasına məhkum edilib.

Hadisə ilə bağlı məlumatı Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti (CDFW) yayıb. Qurumun açıqlamasına görə, Dias 2025-ci ilin iyun ayında South Uytiyer ərazisində yerləşən Amelia Mayberry Parkında qoruma altında olan Kuper Şahini tutub. Daha sonra YouTube platformasında yayılan videoda onun quşun dimdiyinə yaşıl rəngli kokteyl qabından alkoqollu içki tökdüyü açıq şəkildə görünür.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra vətəndaşlar məsələ ilə bağlı CDFW-ni məlumatlandırıblar. Qurumun Xüsusi Əməliyyatlar Bölməsi tərəfindən başladılan istintaq çərçivəsində beş ayrı axtarış qərarı icra olunub. Araşdırmalara Los Angeles İlçe Şerif Departmanının “Təhlükəsiz Küçələr” əməliyyat qrupu da dəstək verib və nəticədə Diasın kimliyi müəyyən edilib.

Fevralın 19-da məhkəmə qarşısına çıxarılan və ittihamları qəbul edən Dias heyvanlara qarşı qəddarlıqda təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, o, 45 gün azadlıqdan məhrum edilib və 12 ay şərti nəzarətə verilib.

Bundan əlavə, Dias 20 gün ictimai işlərə cəlb olunacaq, heyvanlara qarşı zorakılıqla bağlı 24 seanslıq məsləhət proqramını başa vurmalı olacaq. Ona 5 il müddətinə heyvan saxlamaq, 10 il müddətinə isə odlu silah gəzdirmək qadağan edilib. Həmçinin 220 dollar məbləğində cərimə və məhkəmə xərclərini ödəmək öhdəliyi qoyulub.

Qeyd edək ki, Cooper Şahini ABŞ-da qorunan yırtıcı quş növlərindən biridir və ona qarşı hər hansı müdaxilə qanunla qadağandır. Hadisə sosial mediada diqqət qazanmaq naminə vəhşi təbiətə qarşı edilən məsuliyyətsiz davranışların hüquqi nəticələrini bir daha gündəmə gətirib.

Mənbə: https://sonxeber.az/388807/qorunma-altinda-olan-sahine-alkoqol-icizdiren-sexs-hebs-olunub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button