"Qarabağ"ın 21-ci yarımfinal uğrunda addımlığına yaxınlaşması - Admenasi
Idman

“Qarabağ”ın 21-ci yarımfinal uğrunda addımlığına yaxınlaşması

Azərbaycan kubokunun yarımfinalçıları müəyyənləşib.

Sonxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” ikən 2-ci dəfə 1/4 final səddini adlayıb.

“Şamaxı” ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) “Qarabağ” Azərbaycan kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən “Neftçi”yə çatıb.

İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələyən “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıb.

“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.

Mənbə: https://sonxeber.az/389526/qarabagin-21-ci-yarimfinali

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button