"Qarabağ" və "Qalatasaray" eyni hücumçunu istəyir - Admenasi
Idman

“Qarabağ” və “Qalatasaray” eyni hücumçunu istəyir

“Qarabağ” heyətinə yeni hücumçu cəlb edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın “Goal.kz” portalı məlumat yayıb.

Bildirilib ki, Ağdam klubu “Han-Tenqri” klubunun hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

“Qarabağ”la yanaşı “Qalatasaray” da Hüseyni heyətinə qatmaq niyyətindədir.

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

Mənbə: https://sonxeber.az/389359/qarabag-ve-qalatasaray-eyni-hucumcunu-isteyir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button