Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi - Admenasi
Sosial

Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığıda deyilir: İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.

Mənbə: https://sonxeber.az/389125/prezident-ilham-eliyev-mesud-pezeskiana-bassagligi-verdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button