"Pirelli" Bəhreyndə planlaşdırılan təkər testini ləğv edib - Admenasi
Dunyada

“Pirelli” Bəhreyndə planlaşdırılan təkər testini ləğv edib

“Formula-1″in 2011-ci ildən bəri yeganə təkər təchizatçısı olan “Pirelli” Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Bəhreyn Beynəlxalq Avtodromunda planlaşdırılan ikigünlük yağış təkəri testini ləğv etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə planetfq.com saytı məlumat yayıb.

Testin təhlükəsizlik səbəbindən dayandırıldığı və bunun İranın Manamaya raket zərbəsindən sonra qərara alındığı bildirilib.

Hadisədən sonra “Pirelli” proqramı dayandıraraq əməkdaşlarının təhlükəsizliyini təmin etmək qərarı verib.

“Bu gün və sabah Bəhreyn Beynəlxalq Avtodromunda keçirilməsi planlaşdırılan yağış şəraitinə uyğun təkərlərin inkişaf testləri beynəlxalq vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik səbəbindən ləğv edilib. Hazırda Manamada olan bütün “Pirelli” əməkdaşlarının mümkün qədər tez İtaliya və Böyük Britaniyaya qaytarılması istiqamətində işləyirik”, – açıqlamada bildirilir.

Mənbə: https://sonxeber.az/389088/pirelli-behreynde-planlasdirilan-teker-testini-legv-edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button