Orban Zelenskiyə cavab verdi: "Macarları şantaj etmək olmaz" - Admenasi
Dunyada

Orban Zelenskiyə cavab verdi: “Macarları şantaj etmək olmaz”

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskidən təhdid dolu mesaj aldığını və bunu öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. O qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür.

Viktor Orban, həmçinin xəbərdarlıq edib ki, Ukrayna şantaj yolu ilə Macarıstandan heç nə əldə edə bilməyəcək.

Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.

“Cənab prezident, məni və mənim simamda bütün Macarıstanı öz əsgərlərinizlə hədələdiyiniz mesajı aldım. Bu işə yaramayacaq, bunu dayandırın. Bura Macarıstandır. Macarları şantaj etmək olmaz, məni də təhdid etmək olmaz”, – deyə Orban bildirdi.

“Ən yaxşısı sülhdür. Şantaj və təhdidləri dayandırın. Neft blokadasına son qoyun və Macarıstana neft tədarükünü təmin edin. Təhdid və şantaj əvəzinə, macarlara layiq olduqları hörməti göstərin”, – deyə o qeyd etdi.

Daha əvvəl martın 5-də Zelenski bildirmişdi ki, Budapeşt Ukraynaya 90 milyard avroluq kredit verilməsi qərarını bloklamağa davam edərsə, Viktor Orbanın ünvanını Ukrayna Silahlı Qüvvələrinə verəcək.

Mənbə: https://sonxeber.az/389624/orban-zelenskiye-cavab-verdi-macarlari-santaj-etmek-olmaz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button