Müştəridən qadın sığorta agentinə qəbul edilməz və təhqiredici mesajlar

Türkiyədə bir qadın sığorta agenti müştərisindən aldığı uyğunsuz və təhqiredici məzmunlu WhatsApp mesajlarını paylaşaraq yaşadığı hadisəni ictimaiyyətə açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadın sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, müştərisi lazım gördüyü iddia edən bir şəxsdən gələn mesajlar sığorta xidməti ilə əlaqəli deyil, qeyri-etik məzmun daşıyıb. Paylaşılan ekran görüntülərində həmin şəxsin sığorta məsələlərini müzakirə etmək əvəzinə uyğunsuz və əxlaqsız tələblər irəli sürdüyü görünür.
Mesajlarda qarşı tərəfin “Pullu fotosura və ya video olmaz?” kimi ifadələr yazdığı, qadın sığorta agentinin isə ilk vəziyyəti anlamağa çalışdığı, daha sonra isə bu cür tələblərə etiraz etdiyi diqqət çəkib.
Qadın sığorta agenti son mesajında göndərilən qəbul edilməz ifadələrin təcavüz xarakterli olduğunu bildirib. O qeyd edib ki, bütün yazışmalar saxlanılır və bu cür davranışın təkrarlanacağı halda məsələ ilə əlaqədar hüquqi addımlar atılacaq.
Mənbə: https://sonxeber.az/389542/yazismalari-paylasdi-musteriden-qadin-sigorta-agentine-qeyri-etik-teklif



