Manevr qaydalarını pozan sürücünün narkotik qəbul etdiyi üzə çıxdı - Admenasi
Hadise

Manevr qaydalarını pozan sürücünün narkotik qəbul etdiyi üzə çıxdı

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Aqil Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub.

Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və Aqil Məmmədov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Mənbə: https://sonxeber.az/388941/manevr-qaydalarini-pozan-surucunun-narkotik-qebul-etdiyi-uze-cixdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button