Makron: Fransa tərəfdaşlarının müdafiəsi üçün lazımi resursları səfərbər etməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin yaxın tərəfdaşlarının müdafiəsi üçün zəruri resursları səfərbər etməyə hazır olduğunu bəyan edib.
“Report” xəbər verir ki, o, bunu sosial şəbəkədə bildirib.
Bundan başqa, Makron ABŞ və İsrailin İrana zərbələri və Tehranın cavab tədbirlərindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırış edib.
“Öz prinsiplərinə sadiq qalaraq və beynəlxalq məsuliyyətini dərk edərək, Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edir. Hazırkı gərginlik hamı üçün təhlükəlidir və buna son qoyulmalıdır. Bu, Yaxın Şərqdə hamının təhlükəsizliyi üçün mütləq vacibdir”, – Makron qeyd edib.
Fransa Prezidentinin sözlərinə görə, o, vəziyyətlə əlaqədar Avropa və Yaxın Şərq tərəfdaşları ilə sıx təmasdadır.



