Məşhur aparıcı geyimlərinin bədəninə tam oturması üçün görün hansı üsuldan istifadə edirmiş - VİDEO - Admenasi
Maraqli

Məşhur aparıcı geyimlərinin bədəninə tam oturması üçün görün hansı üsuldan istifadə edirmiş – VİDEO

Türkiyənin məşhur idman aparıcısı Demet Gedik geyimlərinin bədəninə tam oturmasının sirrini açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə izləyicilərindən gələn “Geyindiyin paltarlar necə bu qədər fit görünür?” sualına cavab verən aparıcı diqqət çəkib. Demet Gedik geyimlərində tətbiq etdiyi kiçik bir üsulu izləyiciləri ilə bölüşüb.

Paylaşdığı görüntülərdə paltarının arxa hissəsini göstərən aparıcı bildirib ki, geyimin daha səliqəli və bədənə uyğun görünməsi üçün arxa hissədə bir neçə iynədən istifadə edir. Bu üsul sayəsində paltarın bədənə daha yaxşı oturduğu və qırışmadan düzgün göründüyü müşahidə olunub.

Demet Gedikin geyimlə bağlı bu üsulu göstərməsi sosial şəbəkələrdə qısa müddətdə diqqət çəkib. İzləyicilər aparıcının paylaşdığı bu metoda çoxsaylı şərhlər yazıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/389538/meshur-aparici-geyimlerinin-bedenine-tam-oturmasi-ucun-gorun-hansi-usuldan-istifade-edirmis-video

Mənbə: https://sonxeber.az/389538/meshur-aparici-geyimlerinin-bedenine-tam-oturmasi-ucun-gorun-hansi-usuldan-istifade-edirmis-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button