KATV1-də bitməyən “nasazlıq” problemi

BiG.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi olan vətəndaş “KATV1” internet provayderinin xidmətindən narazılıqla bağlı şikayət edib.
Abunəçinin sözlərinə görə, yaşadığı binada internetin kəsildiyini və uzun müddət bərpa olunmadığını bildirib. Dəfələrlə edilən zənglərə baxmayaraq, şirkət tərəfindən yalnız “nasazlıq var” cavabı verilib və problemin həlli ilə bağlı dəqiq vaxt açıqlanmayıb.
Xüsusilə evdən işləyənlər üçün ciddi problem yaradan bu vəziyyət vətəndaşın maddi ziyanını salıb. Şikayətçinin müraciətini olduğu kimi təqdim edirik:
“Mən ‘Katv1’dən gələn şikayətim var. Bəzi gün səhər saat 11-dən binamızıda internet yoxdur. Qonşularla dəfələrlə zəng etməyimizə baxmayaraq, ancaq ‘nasazlıq var’ deyirlər. Ewdən işləyən biri olaraq, 5 saat üçün artıq 30 manatlıq mobil internet paketi bitirmişəm. Bu necə məsuliyyətsizlikdir? Bərbad xidmət səviyyəsi var. Yəqin ki, yeni aydan xidməti ləğv edəcəyəm. Xahiş edirəm, bununla bağlı hansı quruma şikayət edə biləcəyimizin bəyan edin.”
Mənbə: https://sonxeber.az/388868/katv1-in-bitmeyen-nasazliq-problemi



