Kanadalı alimlərin yeni araşdırması: Zehni aktivlik səviyyəsi gündəlik iş rejiminə necə təsir edir? - Admenasi
Maraqli

Kanadalı alimlərin yeni araşdırması: Zehni aktivlik səviyyəsi gündəlik iş rejiminə necə təsir edir?

Kanadalı alimlərin yeni araşdırması göstərib ki, zehni aktivliyin yüksək olduğu dövrlərdə insan gün ərzində orta hesabla 40 dəqiqəyədək əlavə faydalı iş görə bilir.

Oxu.Az xəbər verir ki, bu barədə “ScienceAlert” portalı məlumat yayıb.

Alimlər 12 həftə ərzində 184 iştirakçını müşahidə ediblər. Hər gün koqnitiv aktivlik səviyyəsi qiymətləndirilib və tapşırıqların, eləcə də məqsədlərin yerinə yetirilməsi göstəriciləri ilə müqayisə olunub. İştirakçılar arasında birbaşa müqayisə aparılmayıb. Tədqiqatçılar hər bir şəxsin məhsuldarlığındakı daxili dalğalanmaları təhlil ediblər.

“Bəzən hər şey ideal şəkildə düzülür, digər günlərdə isə tapşırıqları yerinə yetirmək çətinləşir. Bizi koqnitiv aktivliyin dalğalanmalarının nəticələrə və məhsuldarlığa nə dərəcədə təsir göstərdiyi maraqlandırırdı”, – deyə araşdırmanın aparıcı müəllifi bildirib.

Nəticələr göstərib ki, bir iştirakçının “ən yaxşı” və “ən pis” günü arasındakı fərq 80 dəqiqəyədək aktiv iş vaxtına çata bilər.

Mütəxəssislər məhsuldarlığı artırmaq üçün ən vacib və mürəkkəb tapşırıqları diqqət və konsentrasiyanın ən yüksək olduğu dövrə planlaşdırmağı tövsiyə edirlər. Qeyd olunur ki, məhsuldarlığa yuxunun keyfiyyəti, motivasiya səviyyəsi və diqqəti yayındıran amillər də ciddi təsir göstərir.

Mənbə: https://sonxeber.az/388864/kanadali-alimlerin-yeni-arasdirmasi-zehni-aktivlik-seviyyesi-gundelik-is-rejimine-nece-tesir-edir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button