Idman
“Kəpəz” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesabıyla qalib gəlib.
Sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar.
Daha öncə “Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni təmin ediblər.
14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Yevlax şəhər stadionu.
18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu.
Mənbə: https://sonxeber.az/389438/kepez-turan-tovuza-qebele-sabaha-qarsi



